Məhkəmə Trampın internetdə yayılan uydurma ittiham aktını adlandırıbbackend

Corciya ştatının Fulton dairə məhkəməsinin ofisi avqustun 14-də məhkəmənin saytında dərc olunmuş ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittiham aktının uydurma olduğunu bildirib, Reuters xəbər verir.

Ötən gün məhkəmənin saytında Trampı saxtakarlıq etməkdə, saxta sənədlər təqdim etməkdə, reketlikdə və məmuru andı pozmağa sövq etməkdə ittiham edən sənəd yayılıb. Bu sənəd yalnız yarım saat ərzində nəzərdən keçirilə bilərdi, bundan sonra saytdan silindi.

Məhkəmə internetdə yayılan ittiham aktını uydurma adlandıraraq, jurnalistləri rəsmi qeydiyyatdan keçməyən sənədləri həqiqi hesab etməməyə çağırıb. Fulton qraflığının prokurorluğu da Trampa qarşı hələlik heç bir ittihamın irəli sürülmədiyini bildirib.

Mənbə: Reuters