Sosial yönümlü qeyri-kommersiya təşkilatlarına (QHT), ictimai birliklərə və xeyriyyə fondlarına koloniyalarda məhbuslara kömək etmək icazəsi verilə bilər. “İzvestiya” hökumətdəki mənbəyə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi müvafiq təşəbbüslə çıxış edib.
Qeyd olunur ki, indi yalnız cəzaçəkmə müəssisələrinin işinə yardım edən ictimai birliklər məhkumların sosial hüquqlarını müdafiə etmək hüququna malikdir. Beləliklə, onlara azadlıqdan məhrumetmə yerlərində təhsil prosesinin təşkili, azadlığa buraxılanların əmək və məişət şəraiti məsələlərinin həllində köməklik etməyə icazə verilir.
Nəşrin həmsöhbəti qeyd edib ki, indi bu siyahıya nümayəndələri koloniyaların qəyyumlar şuralarında xidmət edə biləcək QHT-lər, fondlar, birliklər və assosiasiyalar daxil olacaq.
Mənbə: İzvestiya