Meksika prezidenti ABŞ-ın ölkədəki əməliyyatına münasibət bildiribbackend

Meksika ABŞ-ın öz ərazisində hərbi əməliyyatların aparılmasına razı deyil.

TASS xəbər verir ki, bunu prezident Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.

Dövlət başçısı bildirib ki, “[ABŞ-ın müdaxiləsi] baş verməyəcək – bunun baş verə biləcəyi barədə heç bir məlumatımız yoxdur. Bundan əlavə, biz bununla razı deyilik və bunu artıq prezident [ABŞ Donald] Trampa çatdırmışıq”.

Şeynbaum əlavə edib ki, Trampla telefon danışıqları zamanı Ağ Ev rəhbəri cinayətkarlığa qarşı mübarizəni dəstəkləmək istəyindən danışıb. Lakin prezidentin sözlərinə görə, o, bu cür təklifləri rədd edərək Meksikanın müstəqil və suveren ölkə olduğunu bildirib.