Meksika səfirliyi Ukraynada bir meksikalının öldüyünü təsdiqləyibbackend

Meksikanın Ukraynadakı səfirliyi həmyerlisi Karlos Xesus Qonzales Mendozanın ölkədə öldüyünü təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda onun Meksika silahlı qüvvələrinin bir hissəsi olmadığı qeyd edilib.

Diplomatik nümayəndəlik Mendoza ailəsinə meyitin repatriasiyası üçün lazımi prosedurların həyata keçirilməsində dəstək verəcək.

Meksikanın Heraldo qəzetinin yazdığına görə, həmin şəxs Ukrayna qoşunlarının tərkibində Ukraynada gedən döyüşlərdə iştirak edib.