Meksikada Popocatépetl vulkanı atmosferə tullantılar buraxmağa başlayıbbackend

Mexikodan 70 kilometr aralıda yerləşən Popokatepetl vulkanı atmosferə buxar və kül ataraq fəallaşmağa başlayıb. TASS xəbər verir ki, bu məlumatı Meksikanın Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Mərkəzi yayıb.

Rəsmi məlumatlara görə, son 24 saat ərzində 9 püskürmə, 1394 dəqiqə yüksək tezlikli və aşağı amplitudalı vulkanik təkanlar qeydə alınıb. Vulkanik fəaliyyət nəticəsində atmosferə su buxarı, kül və müxtəlif qazların atılması müşahidə olunub.

Milli mərkəzdən verilən məlumata görə, hazırda Popocatépetl vulkanının vulkan təhlükəsi səviyyəsi mümkün üç mərhələdən ikinci mərhələdədir. Vulkan mütəxəssisləri hazırda 12 kilometr olan vulkanın kraterindən təhlükəsiz məsafə saxlamağı tövsiyə edirlər.

Mənbə: TASS