Meksikanı bürüyən “Otis” qasırğası nəticəsində azı 39 nəfər həlak olub.
Bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
“Gerrero ştatının Baş Prokurorluğunun məlumatına görə, 39 nəfər (29 kişi və 10 qadın) həlak olub. 220 035 yaşayış binasına ziyan dəyib. Dəymiş ziyanın qiymətləndirilməsi davam etdirilir”, – məlumatda bildirilib.
Səlahiyyətlilər qeyd edirlər ki, bölgədəki iki böyük xəstəxanaya və Akapulko Beynəlxalq Hava Limanının infrastrukturuna ziyan dəyib. Turizm sektoru obyektlərinin 80%-ə qədəri təmirə ehtiyac duyur. Ştatda bir neçə əsas yol bağlanıb. Bölgədə qasırğanın nəticələrinin aradan qaldırılması işlərinə 8,5 minə yaxın hərbi qulluqçu və enerji şirkətlərinin 1,3 min əməkdaşı cəlb olunub.
Mənbə: TASS