Meksikada keçirilən seçkilərdə nəhayət, Klaudiya Şeynbaumun qələbəsi təsdiqləndi – respublikanın mərkəzi seçki komitəsi prezident seçkilərində səslərin hesablanmasını başa çatdırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
“Mən əminəm ki, bu nəticə Meksika xalqı tərəfindən düzgün yolda olduğumuzun etirafıdır və dördüncü transformasiya çərçivəsində irəliləməyə davam edəcəyimizə inamdır. Biz həmişə dialoqa, azadlıqların möhkəmləndirilməsinə, demokratiyaya və təbii ki, Meksika xalqına yaxın olmuşuq və açıq olacağıq”, – deyə seçilmiş prezident Şeynbaum sosial şəbəkələrdə bildirib.
O, 59,75% seçici dəstəyi və ya 35,92 milyon səs toplayıb. Şeynbaumun nəticəsi 2018-ci il seçkilərində 30,11 milyon səs toplayan sələfi, hazırkı prezident Andrés Manuel Lopez Obradoru üstələyib.
Mənbə: RİA Novosti