Meksikalı futbolçu mətbuat konfransında fişəng yandırıbbackend

Meksikalı Qvadalaxaranın yarımmüdafiəçisi Roberto Alvarado ölkə çempionatında “Atlas”la oyun öncəsi mətbuat konfransında fişəng yandırıb.

Bu barədə RİA Novosti ESPN-ə istinadən xəbər verir.

Bir neçə jurnalistin yaralandığı bildirilir. Partlayan fişəng hissəsi onlardan birinin üzünə dəyib. Digər media nümayəndələri etiraz əlaməti olaraq tədbiri tərk ediblər. Alvarado daha sonra üzr istəyib və komanda yoldaşlarını bu şəkildə zarafat etmək istədiyini bildirib.

Meksika çempionatında Qvadalaxara – Atlas matçı oktyabrın 6-da keçiriləcək.