Meksikanın Qvadalaxara yaxınlığında avtomobillər nəhəng çuxura düşübbackend

Bir neçə avtomobil Meksikanın Qvadalaxara və Tonala şəhərləri arasındakı sərhəddə əmələ gələn nəhəng çuxura düşüb.

Bu barədə Meksikanın Azteca telekanalı məlumat yayıb.

Kommunal xidmətlərdən alınan məlumata görə, 3 minik avtomobili, bir avtobus və bir yük maşını bələdiyyələrin qovşağındakı çuxura düşüb. Xoşbəxtlikdən avtomobillərdə olanlardan heç kim xəsarət almayıb.

Hadisəyə güclü yağış səbəb ola bilərdi. Artıq bərpa işlərinə başlanılıb.