Məktəb psixoloqları üçün təlimlər keçirilib – FOTOLARbackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Komitə əməkdaşları Rövşən Nəcəfov və Şəbnəm Əlizadə tərəfindən məktəb psixoloqları üçün təlimlər keçirilib.

İctimai.az xəbər verir ki, təlimlərdə Bakı və Sumqayıt orta məktəblərində fəaliyyət göstərən 300 psixoloq iştirak edib.
İki gün onlayn şəkildə keçirilən təlimlərdə psixoloqlara zorakılığa məruz qalmış uşaqların psixoloji xüsusiyyətləri, onlarla aparılan psixo-sosial iş, intihara cəhd etmiş uşaqlarda müşahidə edilən hallar, intihar düşüncəsi olan uşaqlarla terapiyalarda istifadə edilən üsullar barədə məlumat verilib, qrup müzakirələri aparılıb.