“Məktəbdən Biznesə” layihəsinin bağlanış mərasimi keçirilibbackend

Azərbaycan Tespublikası Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin “Fərdi layihə” kateqoriyası üzrə qalib olmuş “Məktəbdən Biznesə” layihəsinin bağlanış mərasimi təşkil edilib.

Bağlanış mərasimində Gəncə şəhər M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbin direktoru layihə rəhbəri Mehriban Mahmudova, məktəb müəllimləri, layihə eksperti Xəyal Nəsibov, tərəfdaş məktəblərin əməkdaşları və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Mehriban Mahmudova və ekspert Xəyal Nəsibov tədbir iştirakçılarını layihənin fəaliyyəti haqqında məlumatlandırıblar.

“Məktəbdən Biznesə” layihəsinin əsas məqsədi akademik nəaliyyəti aşağı olan 8-ci sinif şagirdlərinə Biznes haqqında məlumat vermək, onların gələcəkdə bizneslə məşğul olmalarını təbliğ etmək və öz biznes planlarını hazırlamağı öyrətməkdən ibarətdir. Layihə çərçivəsində ilk olaraq seçim imtahanı keçirilib və 5 məktəbdən 104 şagird biznes ideyaları ilə bağlı 4 istiqamət ticarət, aqrar, istehsal və xidmət sahələri üzrə təlimlərə cəlb olunub. Biznes obyektlərinə ekskursiyalar təşkil olunub. Təlim zamanı şagirdlər biznes ideyaları ilə bağlı Biznes planlar hazırlayıb ki, onlardan bir hissəsi seçilərək bəyənilib.

Sonda biznes ideyası ilə fərqlənən şagirdlərə sertifikatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.