Melaniya Tramp ukraynalı uşaqlarla bağlı Lukaşenkoya müraciət edibbackend

ABŞ-ın birinci xanımı Melaniya Tramp Belarus prezidenti Aleksandr Lukaşenkoya Rusiya lideri Vladimir Putinlə Rusiyada olduğu iddia edilən ukraynalı uşaqların taleyini müzakirə etmək üçün rəsmi sorğu göndərib.

BelTA xəbər verir ki, bu barədə jurnalistlərə Belarus lideri özü məlumat verib.

Lukaşenkonun sözlərinə görə, Melaniya Tramp ona “Ukraynadakı müharibə nəticəsində Rusiyada itkin düşdüyü iddia edilən uşaqların siyahısını” verib. Belarus prezidenti bu məlumatı rusiyalı həmkarı ilə növbəti görüşləri zamanı bölüşməyə hazır olduğunu təsdiqləyib.