“Mən Azərbaycanı gələcəkdə azad, müstəqil bir dövlət kimi görürəm” adlı onlayn tədbir keçirilibbackend

13.12.2020 – ci il tarixində ADU – nun Magistratura şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Mən Azərbaycanı gələcəkdə azad, müstəqil bir dövlət kimi görürəm” adlı onlayn tədbir keçirilmişdir.
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etmək üçün onlayn tədbirə Qarabağ müharibəsinin qaziləri, magistratura şöbəsinin tələbələri, müəllim və işçi heyəti də qoşularaq iştirak etmişdirlər.
Tədbirdə Qarabağ müharibəsində qəhrəmancasına düşmənə qarşı vuruşmuş qazilərimiz: ehtiyatda olan baş leytenant Mehdiyev Əhliyət , XTQ-nın ehtiyatda olan giziri Qarabağ qazisi Əsgərov Zamiq , baş gizir Cəbiyev Elşən, ehtiyyatda olan kapitan Məmmədov Anar onlayn tədbirə qoşulmuşdur.
Tədbiri giriş sözü ilə açan şöbə müdiri dos. Firuzə Rzayeva ilk olaraq vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut elan etdi.
dos. Firuzə Rzayeva həmçinin Ulu Öndərin xatirə gününün məhz Vətən müharibəsində qazanılan böyük Zəfərin sevinc və qürurunu yaşadığımız bir vaxta təsadüf etdiyini qeyd edərək Qarabağ qazilərini və görüş iştirakçılarını xüsusilə salamladı.
Daha sonra söz onlayn görüşdə iştirak edən Qarabağ qazilərinə verildi. Onlar öz növbələrində vətənimizin hər bir uğurunun və zəfərinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, hal-hazırda üçrəngli bayrağımızın Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalandığını bildirdilər.
Tədbirdə iştirak edən Magistratura şöbəsinin tələbələri, Hacıyeva Leyla, Cəfərzadə Elnurə və Əlibəyova Selcan Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edərək, onun parlaq xatirəsinin qəlblərdə əbədi yaşayacağını qeyd etdilər.
Tədbirin sonunda tələbələr Qarabağ döyüşlərində böyük şücaət göstərmiş qazilərə öz suallarını verilər. Tədbir mövzu çərçivəsində geniş müzakirə ilə sona çatdı.

İctimai.az