Moskvanın CSKA klubunun yarımmüdafiəçisi Konstantin Kuçaev Çempionat nəşrinə müsahibəsində bildirib ki, hazırda klubla müqaviləsinin uzadılması ilə bağlı danışıqların necə getdiyini bilmir.
Onun sözlərinə görə, yaxın vaxtlarda komanda ilə qış toplanışına yollanacaq.
“CSKA ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar gedir? Hələlik sadəcə təlim-məşq toplanışına gedirəm, başqa heç nə bilmirəm”, – deyə futbolçu bildirib.
Mənbə: TASS












