Mənbə Qazaxıstanın Rusiya Federasiyasından Çinə qaz tranzitinə hazır olduğunu bildiribbackend

Moskva, Pekin və Astana qazın Qazaxıstan vasitəsilə nəqlində maraqlıdır.

Bu barədə TASS-dakı mənbə məlumat verib.

Qazaxıstan tərəfi tranzit tərəf kimi Rusiya və Çin arasında tədarükdə maraqlıdır.

“Bundan əlavə, onların Xəzərdə öz qaz yataqları var. Və təbii ki, onlar öz resurslarının ixracı üçün bazarları genişləndirmək istərdilər ki, bunda bizim tərəfdaş kimi əməkdaşlıq edəcəyik”, – mənbə qeyd edib.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Rusiya və Çin Qazaxstan ərazisindən qaz nəqli üçün ildə 35 milyard kubmetrə çata biləcək yeni marşrutun təşkili imkanlarını nəzərdən keçirirlər.