“Məndən daha ağır vəziyyətdə olanlar var, mənə vaxt itirməyin” – II Qarabağ müharibəsi iştirakçısı Elvin Mədinovbackend

Mədinov Elvin Mikayıloviç

23.06.1998-ci ildə doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Bakı İdarəetmə və Texnologiya Kollecinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasında təhsil alıb və 2020-ci il iyul ayında məzun olub. Bu il Sumqayıt Dövlət Universitetinə qəbul olsa da, müharibədə iştirak edəcəyini yaxınlarına bildirib və qeydiyyatdan keçməkdən imtina edib.
27 sentyabrdan etibarən döyüşlərdə iştirak edib. İlk öncə Cəbrayıl, daha sonra Füzuli, Hadrut istiqamətlərində olub. Xocavənddə qəlpə yarası alıb. Yaralanmasına baxmayaraq hospitalda müalicədən imtina edib və “məndən daha ağır vəziyyətdə olanlar var, mənə vaxt itirməyin” deyərək öz-özünə tibbi yardım göstərib.
Sağaldıqdan sonra yenə döyüşlərə qayıdıb və Xocavənd, Şuşa döyüşlərində iştirak edib.