Çində bəyin keçmiş rəfiqələri böyük qırmızı bayraqla mərasimə gələrək onun toyunu pozublar.
Çağırılmamış qonaqlar tamaşaçılara keçmiş sevgilisindən qisas almaq istədiklərini bildiriblər.
Mətbuatın yazdığına görə, əvvəlcə tamaşaçıların çoxu bunun saxtakarlıq olduğuna qərar verib, lakin sonradan məlum olub ki, qızların ciddi niyyətləri olub – onlar həqiqətən də toyu pozmaq istəyiblər.
“Biz Çen Sonqun keçmiş sevgililəriyik və bu gün onu məhv edəcəyik”, – plakatda yazılıb.
Keçmiş qızlarla danışmaq qərarına gələn bəyin özü vəziyyətə müdaxilə edib, daha sonra söhbətə gəlin də qoşulub.
“Mən çox qarışığam. Yeni evləndiyim həyat yoldaşım və ailəsi mənə görə kədərlənirlər “deyə kişi vəziyyəti şərh edib.
Mənbə: Lent.ru
İctimai.az













