Mərdəkanda atışma olub: Yaralanan varbackend

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə aprelin 11-i gecə saat 02:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında doqquz nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.

N.Səfərov Ə.Məmmədovu təhqir edərək evindən çıxıb küçəyə gəlməsini istəyib. Ə.Məmmədov isə tüfənglə havaya üç dəfə atəş açıb və bu zaman qırmalardan bir neçəsi N.Səfərova dəyib.

Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yaşlı İzzət Məmmədli saxlanılıb.

X.Səfərov N.Səfərovun qardaşıdır.

Əli Məmmədovdan “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən axşam Yasamalda da binaya atəş açılıb.