Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə artırdı – RƏSMİbackend

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faizdən 7,5 faizə qədər artırılmasına qərar verib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faizdən 9 faizə qədər artırılıb.