Mərkəzi Bank uçot dərəcəsilə bağlı qərarını açıqlayıbbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsilə bağlı ilk qərarını açıqlayıb.

İctimai.az xəbər verir ki, uçot dərəcəsinin 0,25 faiz bəndi qaldıraraq 8,5 %-ə çatdırılması barədə qərar qəbul edib.

Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-ə qaldırılıb.

AMB-dan bildirilib ki, bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.