Mərkəzi Bankda yeni rəis təyinatı olubbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarə edilməsi şöbəsinə yeni rəis təyin edilib.

İctimai.az-ın məlumatına görə, sözügedən vəzifəyə Vüqar Məsimov təyin olunub.

O, aprel ayından vəzifəsinin icrasına başlayıb.

V.Məsimov bu təyinatadək AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.