Mərkəzi Bankdan valyuta ehtiyatları barədə açıqlamabackend

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 369,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Bankın 2020-ci ilin sonuna olan rəsmi hesabatında məlumat verilib.

Belə ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,4 milyon dollar həcmində və ya 1,8 faiz artıb.

2019-cu il dekabr ayının 30-na olan hesabatda Bankın valyuta ehtiyatlarının həcmi 6 milyard 258 milyon dollar təşkil edib.