Mersində qablaşdırma fabrikində yanğın baş veribbackend

Türkiyənin Tarsus-Mersin avtomobil yolunun Bağlarbaşı bölgəsində özəl bir şirkətin sitrus meyvələrinin qablaşdırılması müəssisəsində yanğın baş verib.

Məlumata görə, təxminən 150 işçinin çalışdığı obyektdə yanğınsöndürmə xidməti əməkdaşları yanğını nəzarətə almağa çalışırlar.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.