Merz Aİ-nin “Şimal axını”nı qadağan etmək ideyasını dəstəkləyirbackend

Almaniya kansleri Fridrix Merz Aİ-nin “Şimal axını” boru kəmərinə təklif etdiyi qadağanı “fəal dəstəkləyir”.

Bu barədə Britaniyanın “Financial Times” nəşri yazır.

Qəzet yazır ki, “Merz ABŞ və Rusiyanın qaz əlaqələrini bərpa etmək cəhdlərinin qarşısını almaq məqsədilə Aİ-nin Rusiyanı Almaniyaya birləşdirən “Şimal axını” qaz kəmərlərinə təklif etdiyi qadağanı “aktiv şəkildə” dəstəkləyir.

Məqalədə qeyd edildiyi kimi, Merz hökuməti Avropa İttifaqının Rusiyaya qarşı qarşıdan gələn sanksiyalar paketinin bir hissəsi kimi qadağanı dəstəklədiyini bildirib.