Almaniya kansleri Fridrix Merz ARD televiziya kanalına Almaniya hava məkanında müşahidə edilən pilotsuz təyyarələrlə bağlı danışıb.
Siyasətçi almanları əmin edib ki, pilotsuz təyyarələr kəşfiyyat üçündür və heç bir silah daşımır.
“Bunlar casusluq cəhdləridir, həm də əhalini qorxutmaq cəhdləridir. Biz bilirik ki, bununla bağlı nəsə etmək lazımdır və biz bunu edəcəyik. Lakin biz bunu ehtiyatla və uzaqgörənliklə edəcəyik”, – o bildirib.
Kanslerin sözlərinə görə, pilotsuz təyyarələr Almaniyanın təhlükəsizliyinə “ciddi təhlükə” yaradır.