Merz Almaniyanın NATO-nu necə xilas etdiyini izah etdibackend

Almaniya kansleri Fridrix Merz bildirib ki, Berlinin müdafiə xərclərini artırmaq qərarı sayəsində NATO dağılmaqdan xilas olub.

O, bu barədə ZDF telekanalına müsahibəsində bildirib.

O, konstitusiyaya müdafiə xərcləri üçün xüsusi fondun yaradılmasına imkan verən dəyişiklikləri xatırladıb. Almaniya kansleri hesab edir ki, bu qərar “mahiyyətcə NATO-nu xilas etdi”.

“Mən NATO-nun Haaqa sammitində idim. Əgər biz konstitusiyaya dəyişiklik etməsəydik və Almaniya Federativ Respublikasına müdafiəyə 3,5% və lazımi infrastruktura 1,5% xərcləməyə hazır olmasaydıq, yəqin ki, o gün NATO dağılacaqdı. Biz bunun qarşısını aldıq”, – Merz deyib.