Almaniya kansleri Fridrix Merz Ümummilli Matəm Günü münasibətilə keçirilən tədbirdə iştirak edərək Almaniyanın xüsusi tarixi məsuliyyətini bəyan edib. O, bu barədə sosial şəbəkədəki X səhifəsində məlumat verib.
“Sülh kövrəkdir. Milli Matəm Günü bizə xüsusi tarixi məsuliyyətimizi xatırladır. Hazırda biz özümüzü sülhsevər millət kimi tanımalı və sülh və azadlığımızı təmin etmək üçün güc tətbiq etməliyik”, – siyasətçi yazıb.
Almaniyada Milli Matəm Günü noyabrın ortalarında qeyd olunur.














