Almaniyanın “Rheinpfalz” qəzetinə verdiyi müsahibədə Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinlə münasibətlərin normal olub-olmaması sualına cavab verib.
Siyasətçi bunun praktik olaraq mümkün olmadığını açıq şəkildə bildirib.
“Ümidim azdır. Düşünürəm ki, bu, demək olar ki, mümkün deyil”, – deyə Almaniya kansleri bildirib.
Merts Rusiyadakı vəziyyəti “dərin vəhşilik vəziyyəti” kimi təsvir edib və bunun yaxın zamanda dəyişməyəcəyinə əminliyini bildirib.














