Merz Ukraynanın ümidlərini məhv etməkdə ittiham olunurbackend

Almaniya kansleri Fridrix Merz Rusiya ilə münaqişə bitənə qədər Ukraynanın AB-yə tezliklə daxil olması ümidlərini “məhv etdi”.

Bu barədə Almaniyanın “Exxpress” nəşri məlumat yayıb.

Məqalədə deyilir: “Merz Ukraynanın Aİ-yə tezliklə daxil olmaq ümidlərini bir daha puç etdi.

Merz iyulun 18-də Berlində Rumıniya prezidenti Nikusor Dan ilə birgə mətbuat konfransı zamanı deyib ki, döyüşlər dayandırılana qədər Ukraynanın Aİ-yə daxil olması mümkün deyil. Almaniya kansleri əsas prioritetin hərbi münaqişəyə son qoyulması olduğunu vurğulayıb. Onun sözlərinə görə, daha sonra Aİ ölkələri Ukraynanın bərpasını müzakirə edəcəklər ki, bu da illər çəkəcək. Bununla belə, nə qədər ki, münaqişə davam edir, Ukraynanın Aİ-yə daxil olmasından söhbət gedə bilməz, deyə o, yekunlaşdırıb.