Məşhur general işdən azad edildibackend

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifəsindən azad olunub.

Oxu.Az “Bakupost”a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.