Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölübbackend

Tanınmış həkimin ölümünün təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, yanvarın 26-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşərək ölüb. İlkin ehtimala görə, M.Aydəmirov infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.