Məşhur monolitdən Türkiyədə də tapıldı – VİDEObackend

Türkiyənin Şanlıurfa vilayətində Göbəklitəpə yaxınlığında metal monolit aşkarlanıb.

“Haber Global” məlumat verir ki, 3 metr uzunluğunda, 45 sm enində olan monolitin üzərinə Göytürk əlifbası ilə “Ayı görmək istəyirsənsə, göy üzünə bax” yazılıb.

Hüquq-mühafizə əməkdaşları monolitin 12 min illik tarixi olan əraziyə necə yerləşdirildiyini araşdırırlar.

Xatırladaq ki, daha əvvəl bənzər sütunlar Rumıniya, ABŞ, Böyük Britaniya, Almaniya və Rusiyada da tapılıb.