Məşhur Paris Muzeyi çoxillik təmir üçün bağlanıbbackend

Parisin məşhur müasir incəsənət muzeyi Centre Pompidou 5 illik təmir üçün martın 10-da daimi sərgisini bağlayacaq.

Bu barədə The Guardian xəbər verir.

Parisin mərkəzində Renzo Piano və Richard Rogers tərəfindən layihələndirilən təxminən 50 illik binanın təmirinin böyük kitabxana və musiqi araşdırma şöbəsi də daxil olmaqla, təxminən 262 milyon avroya başa gələcəyi gözlənilir.

Rəngarəng borular və ventilyasiya şaxtaları ilə bəzədilmiş fasadı ilə məşhur olan bina tamamilə yenilənəcək.

Muzeydə nümayiş etdirilən əsərlər Fransanın və xaricdəki digər muzey məkanlarına: Parisdəki Böyük Paleyə, Luvr muzeyinə köçürüləcək.