Məşhur türkiyəli aktyor evində huşsuz vəziyyətdə tapıldıbackend

Türkiyənin tanınmış kino aktyoru və rejissoru Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə o, bu gün səhər saatlarında insult keçirib.

Sənətçi Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

O, xəstəxanada beyin tomoqrafiyası və MRT müayinəsinin nəticələrinə görə müalicə olunacaq.

Mənbə: Haber Global