Məsim Rəfilinin “Günəşin başqa adı” kitabı işıq üzü görüb – Fotobackend

Gənc yazar, ictimai fəal gənc Məsim Rəfilinin “Günəşin başqa adı” kitabı işıq üzü görüb. 

İctimai.az xəbər verir ki, kitab esse və şeirlərdən ibarətdir. Kitab nəzm xəttilə yazılmışdır. Kitabın əsas istiqamətləri sevgi, romantika, dəyərlər və digər mövzuları əhatə edir.

“Mücrü” nəşriyyat evində çap olunmuş bu kitab yazarın ilk kitabıdır.

Qeyd edək ki, Məsim Rəfili Azərbaycan Dillər Universitetində təhsil alır.  Universitet daxilində ilk kurslardan ictimai fəaliyyətlə məşğul olmağa başlamışdır. 2018-ci ildə Tələbə Gənclər Təşkilatı nəzdində “Tanıdım səni” layihəsini yaratmışdır və yarandığı ilin ən uğurlu layihəsi seçilmişdir. Daha sonra Tələbə Gənclər Təşkilatında müxtəlif vəzifələrdə çalışmış, ən sonda təşkilatın sədri vəzifəsini icra etmişdir. 2019-cu ildə “ilin ən aktiv tələbəsi” adına layiq görülüb.
Bunlarla yanaşı “Rafilio Shop” sosial platformanın yaradıcısıdır.

İctimai.az