Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi MLS-in adi mövsümündə “Nyu York Red Bullz”la qarşılaşmada dubl edib.
Qarşılaşma “İnter Mayami”nin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Messi də iki məhsuldar ötürmə edib, bu matçda qolları da dubla imzalayan Jordi Alba və Telasko Seqoviya vurub.
Messi üçün bu dubl son yeddi MLS matçında altıncı olub. 10 iyul 2025-ci ildə argentinalı MLS tarixində ardıcıl ən azı dörd matçda dubl edən ilk oyunçu oldu.