Messi 9 ildən sonra ilk dəfə millinin rəsmi oyununda əvəzlənib

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador yığması ilə oyunu (1:0) başa vurmayıb.

Yeganə qolu 78-ci dəqiqədə vuran 36 yaşlı hücumçu 89-cu dəqiqədə Ekzekyel Palasiosla əvəzlənib.

Messi 9 ildən sonra ilk dəfə millinin rəsmi oyununda əvəzlənib. DÇ-2014-ün qrup mərhələsində Nigeriya ilə matçda (3:2) dubl edən forvard 63-cü dəqiqədə Riki Alvaresə meydançadakı yerini itirdi.

Mənbə: TRT Sport

Oxşar xəbərlər