Messi 90 dəqiqə oynadı, komandası məğlub oldubackend

KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” səfərdə “Monterrey”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə görə 5:2 hesablı üstünlük əldə edən Meksika təmsilçisi yarımfinala yüksəlib. “İnter Mayami” isə turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Lionel Messi bu matçda 90 dəqiqə meydanda olub. Argentinalı hücumçu komandasının yeganə qolunu vurub.