Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi “Clank!” YouTube kanalına müsahibə verib.
Messi etiraf edib ki, o, heç vaxt statistika həvəskarı olmayıb və onlara fikir vermir.
“Statistikaya fikir vermirəm: nə assistlər, nə qollar, nə də GPS məlumatları – məşqçilərdən üzr istəyirəm. Onların baxdıqları hər şey kimi, bir oyunda nə qədər qaçdığım və ya nə qədər sürətlə qaçdığım heç vaxt vecimə deyildi” dedi.
Mənbə: NTV Spor