Messi karyerasını Premyer Liqada davam etdirə bilərbackend

İngiltərə Premyer Liqası (EPL) klubu bu yay argentinalı kapitanı Lionel Messini almağa çalışacaq komandalara qoşulub.

Onun sözlərinə görə, Messi karyerasını davam etdirmək üçün yer barədə qərar verməyib. Daha əvvəl məlum olmuşdu ki, Fransanın Paris Saint-Germain klubu ilə müqaviləsi başa çatan futbolçuya maraq əfsanəvi Devid Bekhemin sahibi olduğu MLS-dən “İnter Mayami”, eləcə də Messinin forma geyindiyi “Barselona” tərəfindən göstərilir.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanından Əl-Hilalın səxavətli təklifi ilə yanaşı, argentinalı hücumçu gələn mövsüm avrokuboklarda çıxış edəcək Premyer Liqanın adı açıqlanmayan klubuna keçməyi də ciddi şəkildə düşünəcək.

Mənbə: TRT Spor