Messi məşqçi olma ehtimalından danışıb

Paris Saint-Germain-in keçmiş futbolçusu Lionel Messi karyerasını başa vurduqdan sonra məşqçi olmaq fikrində deyil.

Onun sözlərini TT Plus yayıb.

“Yox. Ümumiyyətlə, mən həmişə demişəm ki, məşqçi olmaq istəmirəm. Gələcəkdə çox şeyin dəyişə biləcəyini bilsək də, mən hələ də bu qərara inanıram”, – deyə Messi bildirib.

Messi son iki mövsümü “Barselona”dan köçdüyü PSJ-də keçirib. O, parislilərlə birlikdə iki dəfə Fransa çempionu və ölkə Superkubokunun sahibi olub.

Mənbə: TRT Spor

Oxşar xəbərlər