Messi MLS-in pley-offuna çıxa bilməyən İnter Mayamidə mövsümə yekun vurub

“İnter Mayami”nin hücumçusu Lionel Messi sosial şəbəkələrdə klubunda mövsümə yekun vurub.

“Komandanın bu mövsüm əldə etdikləri ilə fəxr edirəm. Hər birimizin əməyi və çalışqanlığı sayəsində Mayami tarixində ilk kubok olan Liqalar Kubokunu qazana bildik, ABŞ kubokunun finalına çıxdıq və MLS-in pley-off mərhələsinə vəsiqə uğrunda sona qədər mübarizə apardıq. Gələn il daha da rəqabətli olacağıq”, – Messi yazıb.

2023-cü ilin yayında Messi iki il Fransa PSJ-də qaldıqdan sonra İnter Mayamiyə keçdi. O, iyulun 22-də ilk matçda cərimə zərbəsindən qol vuraraq klubda debüt etdi. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. “İnter Mayami” turnirin həlledici matçında “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun qalibi olub.

Mənbə: Sport.ru

Oxşar xəbərlər