Messi Səudiyyə Ərəbistanına gəlib

Paris Saint-Germain-in hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına gəlib.

Bu barədə jurnalist Əbdül Rəhman Əl-Rəfdan sosial şəbəkələrdə danışıb.

Qeyd olunur ki, Messinin gəlişi onun “Əl-Hilal”a mümkün keçidi ilə bağlı deyil. Hücumçu ölkənin turizm səfiri olduğu üçün ikinci dəfə Səudiyyə Ərəbistanına uçur.

Uzun müddətdir ki, mətbuatda Lionel Messinin PSJ-dən Kataloniya “Barselona”sına qayıtması ilə bağlı məlumatlar yer alır. O, Xavinin komandasının baş məşqçisi ilə əlaqə saxlayır. Argentinalının PSJ ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Bildirilib ki, “Barsa”nın futbolçuları mentoru ilə söhbətində Messinin mümkün qayıdışını dəstəkləyiblər.

Related Post