“İnter Mayami”nin ulduzu argentinalı hücumçusu Lionel Messi ABŞ Peşəkar Futbol Liqası (MLS) tarixində ardıcıl ən azı dörd matçda iki qol vuran ilk oyunçu olub.
Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.
İyulun 10-da “İnter Mayami” “New England Revolution”a 2:1 hesabı ilə qalib gəlib. Messi 27 və 38-ci dəqiqələrdə fərqlənib.
Argentinalı daha əvvəl “Kleb de Foot Monreal”la (4:1 və 4:2) matçlarda qol+pas sistemində 2+1, həmçinin “Kolumbus Kru” ilə oyunda (5:1) 2+2-yə imza atıb. Ümumilikdə Messinin İnter Mayamidə keçirdiyi son dörd oyunda yeddi qol və dörd məhsuldar ötürmə var.