Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzindəbackend

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.

İctimai.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.