Messi və Suaresin qolları “İnter Mayami”yə qələbə qazandırdıbackend

ABŞ-nin Kanzas Siti şəhərində MLS-in növbəti turu çərçivəsində yerli “Sportinq Kanzas Siti” ilə “İnter Mayami” qarşılaşıblar.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalı hücumçu Lionel Messi matçda qol vurub və məhsuldar ötürmə edib. Onun komanda yoldaşı, uruqvaylı hücumçu Luis Suares isə matçın 71-ci dəqiqəsində qələbə qolunun müəllifi olub.

Bu qələbə sayəsində “İnter Mayami” doqquz matçdan 15 xal toplayıb və MLS Şərq Konfransının turnir cədvəlinə başçılıq edir.