Messinin atası oğlunu hansı klubda görmək istədiyini deyibbackend

Argentinalı hücumçu Lionel Messinin atası Xorxe Messi oğlunun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

“Leo Barselonaya qayıtmaq istəyir və mən də onun qayıtmasını istərdim. İnanırıq ki, Leo geri qayıda biləcək”, – Messi Sr sosial şəbəkələrdə yazıb.

Daha əvvəl Sport.es saytı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Messinin transferini iyunun 6-da açıqlamaq niyyətində olduğunu bildirmişdi. Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanından olan komanda artıq 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu adını qazanan Messi ilə müqavilə imzalamağa razılaşıb.

Mənbə: Goal