Messinin paylaşımı “yumurta rekordu”nu yenilədi – FOTObackend

Argentina milli futbol komandasının hücumçusu Lionel Messinin paylaşımı “Instagram”da rekord bəyənmə qazanan yumurtanın rekordunu yeniləyib.

Bele ki, toyuq yumurtasının ağ fonda olan fotoşəkli “Instagram” sosial şəbəkəsində 56 milyondan çox bəyənmə toplayıb.

2022-ci il dünya çempionatında qələbəsindən sonra Messinin paylaşımı isə 57 milyondan çox bəyənmə ilə onu üstələyib və bununla da “Instagram” tarixində ən çox bəyənilən paylaşım olub.

Messinin hazırkı izləyicilərinin sayı da təxminən 40 milyon artaraq 401 milyona çatıb.