Argentina millisi Amerika kubokunun yarımfinal matçında Kanada millisini məğlub edib.
Amerikanın İst Ruterford şəhərindəki MetLife stadionunda baş tutan görüş 2:0 hesabı ilə başa çatıb. Bu matçda qolları Rodriqo De Paulun assistenti olan Julian Alvares və Enzo Fernandezin assistenti Lionel Messi vurub.
Messi üçün bu qol turnirdə ilk olub.
Mənbə: TASS












