Avqustun 16-da Liqa Kubokunun yarımfinalında “İnter Mayami” səfərdə “Filadelfiya Yunion”la qarşılaşıb. Oyun Lionel Messinin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Finalda “İnter” Monterrey – Neşvill cütünün qalibi ilə oynayacaq.
Qarşılaşmada hesab artıq üçüncü dəqiqədə açılıb. Yozef Martinez ukraynalı müdafiəçi Serhiy Kryvtsovun ötürməsi ilə fərqlənib. 17 dəqiqədən sonra Lionel Messi komandasının üstünlüyünü artırıb. Qeyd edək ki, argentinalı üçün bu qarşılaşma onun üstün olmağı bacardığı ardıcıl altıncı matç olub. İlk hissəyə əlavə olunan vaxtda Jordi Alba “İnter”in heyətində debüt qolunu vuraraq hesabı dağıdıb.
Mənbə: Sport.ru

